“9 ildir ki, evimizi vermirlər” - FOTOLAR

“Nizami rayonunun Mehdi Abbasov küçəsində “Vesta Construction” MMC tərəfindən sökülən evlərin yerində yeni binanın tikintisi 9 ildir, yekunlaşmır”.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Əliyeva Ceyran Əhliman qızı tərəfindən şikayət daxil olub.
Şikayətçinin sözlərinə görə, şirkət müxtəlif bəhanələr gətirərək ev sahiblərini aldadır: “9 ildir ki, tikinti şirkəti evimizi vermir. Həmin ərazidə heç bir iş getmir. Biz şikayət edən kimi, bir-iki fəhləni ora göndərir, amma nəticə yoxdur. Hər il evin dekabr ayında təhvil veriləcəyini bildirirlər, bu il də fevral-mart ayına söz veriblər. Amma bu vədlər hər il verilir. Şikayət etmədiyim qurum, televiziya kanalı qalmayıb, yenə də nəticə eynidir. Şirkət rəhbəri Ceyhun Quliyevə şikayətlərimizi bildirəndə isə deyir ki, mənə heç kim, heç nə deyə bilməz”.
Şikayətçinin iddiasına əsasən, C.Quliyev danışıqlar zamanı general Həzi Aslanovun da adından istifadə edir.
Sözügedən iddialarla bağlı “Vesta Construction” MMC-nin sahibi Ceyhun Musarza oğlu Quliyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verməyib.




Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












