Abşeronda evlərdən və marketlərdən oğurluq edilib

Abşeron rayonunda talama cinayətləri baş verib. Rayonun Saray qəsəbəsində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 1400 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildirib. Avtosfer.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 41 yaşlı R.Bədəlov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla R.Bədəlovun rayon ərazisində yerləşən daha iki evdən ümumilikdə 1750 manat dəyərində təmir-tikinti alətlərini talaması da məlum olub. İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayon ərazisindəki iki marketdən 948 manat dəyərində tütün məmulatları, 180 manat nağd pul, bank kartı oğurlamaqda şübhəli bilinən R.Həşimli və P.Şahmarlı da saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












