Ağaclar qanunsuz kəsildi: təbiətə 110 mindən çox ziyan dəyib

Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Masallı və Ağdaş rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı Qəbələ şəhəri, 28 May küçəsi 82 ünvanında “Fuel-Tradinq” yanacaq doldurma məntəqəsinin ərazisində Xəyyam Hacıyev, Quba rayonu Gədikqışlaq kəndi ərazisində, Vəlvələ bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində Simon Nisanov, Xaçmaz rayonu Xaçmaz-Gülalan avtomobil yolunun sol tərəfində Vidadi Hüseynov, İsmayıllı şəhəri Nizami küçəsində Məzahir Şahvələdov, Masallı rayonu Təzəkənd kənd R.Nəbiyev adına tam orta məktəbin həyətində Fəxrəddin Babayev, Ağdaş rayonu, Heydər Əliyev prospektində Şahin Qəhrəmanov tərəfindən ağac və kolların qanunsuz kəsildiyi məlum olub. Nəticədə təbiətə 114 650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












