Ağdamda YANĞIN: iki ailə evsiz qaldı

Ağdamda qısa qapanmadan baş verməsi ehtimal olunan yanğın iki ailəni evsiz qoyub.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. Belə ki, kənd ərazisində yerləşən, əvvəllər qonaq evi kimi istifadə olunan binada güclü yanğın başlayıb. Tikilidə yaşayan iki ailə təxliyə olunsa da alovun şiddətli olması tikilini yararsız hala salıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadaları cəlb olunub. Alov lokallaşdırılıb. Yanğının ətraf mühitə ziyan vurmasının qarşısı alınıb.
Ev sahiblərinin sözlərinə görə, yanğının qəfil başlaması və güclü olması səbəbilə evdən heç bir əşya çıxara bilməyiblər.
Qeyd edək ki, sözügedən binada yaşayan hər iki ailə keçmiş məcburi köçkündür.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












