Ahıl və tənha vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanıldı - FOTO - VİDEO

Onlar zərərçəkənlərə 240.900 ABŞ dolları və 55.100 manat maddi ziyan vurublar
Avtosfer.az xəbər verir ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə kütləvi zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları polis əməkdaşları tərəfindən araşdırılıb.
Müəyyən edilib ki, 08-13 iyun 2024-cü il tarixlərində naməlum şəxslər əvvəlcədən müəyyənləşdirdikləri vətəndaşlarla xaricdən ev telefonu vasitəsi ilə əlaqə saxlayıb onların yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçün pul tələb ediblər. Həmin şəxslər əvvəlcədən “Telegram” sosial şəbəkəsindən sifariş etdikləri kuryerlər vasitəsi ilə pul vəsaitlərini zərərçəkənlərdən alaraq kriptovalyuta hesablarına köçürməklə ələ keçiriblər.
Qeyd olunan hüquqazidd əməllər nəticəsində naməlum şəxslər 212.000, 20.000, 4.400, 4.000, 500 dollar, eləcə də 21.530, 10.000, 5.300, 7.700 , 4.570, 4.000, 2.000 manat olmaqla ümumilikdə 10 vətəndaşa 240.900 ABŞ dolları və 55.100 manat maddi ziyan vurublar.
Bakı şəhərində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə kuryer qismində hadisələrin törədilməsində iştirak edən 14 nəfər saxlanılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayətlərin təşkilatçıları və digər iştirakçılarının dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər.
“Opel” çökmüş yola düşdü: Xaçmazda hadisə - VİDEO
İcra başçısı Adil Əliyevin köməkçisi öldü - FOTO
Orta yaşlı kişi hərəkətdə olan avtomobillərin qarşısına qəfil atıldı - VİDEO
“Qurban olum, bir övladım var, maşını saxla” – Uşağını nəzarətsiz qoyan valideyn - VİDEO
Bakıda kişi maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı
“Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnfiormasiya İB yeni layihəyə start verib
Piyada keçidi ola-ola azyaşlı ilə avtomobillərin önünə atıldı - VİDEO
Bakıda xarici narkotacirlərə xidmət edən sürücülər belə saxlanıldı - Əməliyyat görüntüləri - VİDEO
Bakıda baş vermiş kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Musiqi sifarişi üstündə dava düşdü – Müştəri xəstəxanalıq oldu - VİDEO








