Ailəsi 14 yaşlı qızı təhsildən belə yayındırıbmış - RƏSMİ

Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz rayonu sakini olan qız şagird Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı məktəb rəhbərliyi tərəfindən 23.01.2023-cü il tarixində hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib.
“Hüquq-mühafizə orqanlarından təhsil müəssisəsinə 13.02.2023-cü il tarixində daxil olan cavab məktubunda qeyd olunub ki, şagird ailəsi ilə birlikdə əvvəlki ünvanda yaşamır və onların paytaxtın Qaradağ rayonu Buta qəsəbəsində məskunlaşdıqları müəyyən edilib. Qeyd olunan tarixdən sonra isə şagirdin ailəsinin yeni ünvan üzrə hər hansı ümumtəhsil müəssisəsinə və ya müvafiq təhsil idarəsinə rəsmi müraciətinin olmadığı müəyyən edilib. Bu səbəbdən şagirdin təhsilini davam etdirməsinə nəzarəti təmin etmək mümkün olmayıb”, - deyə məlumatda qeyd edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












