Aksiyaçının qolunu qoparan polis məsuliyyətə cəlb edilməyib

Paris Şəhər Prokurorluğu 2018-ci ildə “Sarı gödəkçələr”in aksiyası zamanı etirazçının qolunun qopması faktı ilə bağlı işə xitam verib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, sözügedən aksiyada polis zabitinin atdığı gözyaşardıcı qaz qumbarası gənc etirazçının qolunun qopması ilə nəticələnmişdi. Qumbaranın təsiri nəticəsində daha bir neçə nəfər xəsarət almışdı.
Polis zabiti ilk ifadəsində bildirmişdi ki, vəziyyət nəzarətdən çıxdığı üçün gözyaşardıcı qaz qumbarasından istifadə etməyə məcbur olub. Qumbara atılarkən tüstü bombalarından da istifadə edildiyi üçün görmə məsafəsi məhdud olub. Zərərçəkən şəxs isə guya qumbaranı tutmaq istəyib.
Prokurorluq polis zabiti barədə cinayət təqibini dayandırmağa qərar verib. Zərərçəkənin vəkilləri bildirirlər ki, minimal tələblərə əməl olunmadan atılan qumbara hüquqi məsuliyyət yaradır. Prokurorluq isə real şəraiti dəyərləndirmək əvəzinə cinayət məsuliyyətini aradan qaldırmağa şərait yaradıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












