Aksizsiz malların qaçaqmalçılığında təqsirləndirilənlərin məhkəməsi başlayır

Aksizsiz malları qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşlarının məhkəməsi başlayır.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun böyük inspektoru Nəsibov Tural Yurik oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı həmin qurumdan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla Tural Nəsibovun qeyd olunan vəzifədə işləyərkən tanışları Ramazanov Tehran Xəlil oğlu və Babayev Cavid Şəmistan oğlu ilə qabaqcadan əlbir olaraq dövlət qeydiyyatından keçirilməyən külli miqdarda dərman vasitələrini, habelə külli miqdarda aksiz markası ilə idxal olunmalı malları bəyan etməyərək qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tural Nəsibov, Tehran Ramazanov və Cavid Babayevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib.
İş üzrə Tehran Ramazanov barəsində polisin nəzarəti altına vermə, Tural Nəsibov və Cavid Babayev barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












