Aktyorun ayağı səhv müalicə səbəbindən amputasiya edilib? - FOTO

Aktyor Əlvan Fərmanoğlunun ayağı amputasiya edilib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında paylaşıb.
O, aktyorun palatada çəkilmiş videosunu paylaşaraq bunları yazıb: “Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. “Məlhəm” klinikasının bəzi həkimlərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək”.
İddialarla bağlı “Məlhəm” Beynəlxalq Hospitalı ilə əlaqə saxladıq. Hospitaldan sorğumuza belə cavab verildi: “1962-ci il təvəllüdlü Əlvan Abdullayev Fərmanoğluna hospitalda 11.07.2024 tarixində sağ ayağına, 18.07.2024 tarixində sol ayağına “Tıxanmış ayaq damarlarına stend taxılması proseduru’’ icra olunub. Xəstədə prosedur zamanı və prosedur sonrası fəsad və ağırlaşma qeydə alınmayıb. Xəstə kafi vəziyyətdə evə yazılıb. Daha sonrakı müraciətlərində hər hansı bir cərrahi müdaxiləyə ehtiyac olmadığı, təyinat üzrə dərman müalicəsinin vacibliyi vurğulanıb. Bildiyimiz kimi, şəkər xəstələri belə “damaraçma” prosedurlarından sonra ciddi pəhriz gözləməli, siqaret və s. zərərli vərdişlərdən imtina etməli, dərman təyinatlarına ciddi riayət etməlidir. Bir müddət sonra xəstənin “Sağ aşağı ətrafın amputasiya” əməliyyatı olunduğu məlumatını almışıq. Bir qayda olaraq, həkim səhlənkarlığı və səhvləri müvafiq ekspertizanın təyin edilməsi ilə müəyyənləşdirilir. Hazırki vaxtadək yuxarıda qeyd edilən əməliyyatın icrası ilə bağlı ekspertiza tərəfindən bu və ya digər rəy tərtib olunmayıb”.
Qeyd edək ki, bir müddət sonra İlkin Həsəni sözügedən paylaşımını silib.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












