Aktyorun çıxışı zamanı faciə - 39 ölü, 51 yaralı - FOTO

Hindistanın cənubundakı Tamil Nadu ştatında keçirilən siyasi mitinqdə baş verən toqquşmalarda uşaqlar da daxil olmaqla azı 39 nəfər həlak olub. Avtosfer.az "NDTV" kanalına istinadən xəbər verir ki, minlərlə insan məşhur aktyor və siyasətçi Cozef Vicay Çandrasekha üçün keçirilən kampaniyaya toplaşıb. Televiziyada yayımlanan görüntülərdə aktyorun mitinqdəki çıxışı zamanı izdiham arasında çoxsaylı nümayişçilərin huşunu itirmələri əks olunub. Məlumata görə, izdihamda azı 51 nəfər xəsarət alıb.
Qeyd edilib ki, həlak olanların ailələrinə bir milyon rupi təzminat (təxminən 18 min 590 AZN) veriləcək və hadisə ilə bağlı araşdırma aparılacaq. Hindistanın Baş naziri Narendra Modi “X” hesabında hadisə ilə bağlı başsağlığı verib. Bildirib ki, təkcə bu il məşhur “Kumbh Mela Hindu” festivalında oxşar faciəli hadisələr qeydə alınıb. Vicay isə onlayn açıqlamada dözülməz, təsvirolunmaz kədər içində olduğunu yazıb. O, dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












