AQTA ölüm və qida zəhərlənməsi xəbərini yalanladı

Mediada Sumqayıt şəhər sakininin qəbul etdiyi spirtli içkidən vəfat etməsi ilə bağlı yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılıb.
Agentlikdən Avtosfer.az-a verilən xəbərə görə, araşdırmalar zamanı məlum olub ki, iyunun 22-də saat 01.40 radələrində normadan artıq spirtli içki ilə birgə enerji içkisi qəbul etdikdən sonra Sumqayıt şəhər Xəstəxanasına hospitalizə olunan Familzadə Elfan Elşən oğluna həkimlər tərəfindən alkoqollu sərxoşluq diaqnozu qoyulub və ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Həmin şəxslə telefonla əlaqə saxlanılıb və vəziyyəti qənaətbəxşdir.
Bununla da hadisə zamanı ölüm və ya qida zəhərlənməsi olması xəbəri öz təsdiqini tapmayıb.
AQTA bu kimi yanlış məlumatların yayılmaması üçün vətəndaşları zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməyə, kütləvi informasiya vasitələrini isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməyə çağırıb.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












