Arvadına əzab verən şəxsin cəzası ağırlaşdırılıb

Arvadına əzab verməkdə təqsirləndirilən Yalçın Bektimirovun barəsində olan hökmdən verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir, bu gün Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən Yalçın Bektimirovun və həyat yoldaşı zərərçəkmiş Anastasiya Bektimirovanın birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinə baxılıb. Y. Bektimirov ona bəraət verilməsini, həyat yoldaşı isə cəzanın ağırlaşdırılmasını istəyib.
Məhkəmənin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və Yalçın Bektimirovun cəzası 2 ildən 3 il 6 aya qaldırılıb.
Xatırladaq ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə Yalçın Bektimirov Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə ona 2 il həbs cəzası təyin edilib. Anastasiya Bektimirova ərinin ona mütəmadi şiddət göstərdiyini, nəticədə bir gözünün görmə qabiliyyətini itirdiyini iddia edib.
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək












