Arvadını güllələyən müharibə iştirakçısı həbs edildi

Şamaxı rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vətən müharibəsinin iştirakçısı həbs edilib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu gün Şamaxı Rayon Məhkəməsində Pərviz Tağıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Təqdimat təmin edilib və P.Tağıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, noyabrın 6-da səhər saatlarında Şamaxı şəhər sakini Gültəkin Eynalova odlu silahla qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş P.Tağıyev saxlanılıb. İlkin araşdırmalarla hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
P.Tağıyev Vətən müharibəsinin iştirakçısı olub. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












