Arvadını öldürüb video çəkən Səbuhinin meyiti tapıldı - FOTOLAR - VİDEO

Səbuhi Hacızadə bu gün Tovuzda həyat yoldaşı Mətanət Hacızadəni qətlə yetirdiyi haqda paylaşım edib daha sonra yoxa çıxmışdı.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 32 yaşlı Səbuhi Hacızadənin meyiti rayonun Əyyublu kəndi ərazisindəki ağacdan asılı halda tapılıb.
Xatırladaq ki, hadisədən sonra S.Hacızadə paylaşdığı videoda arvadını öldürdüyünü etiraf edib və öz həyatına da son qoyacağını demişdi.
***
Bu gün Tovuzda 29 yaşlı Mətanət Hacızadənin qətlə yetirilməsindən sonra cinayətdə şübhəli bilinən əri Səbuhinin videosu yayılıb.
32 yşlı Səbuhi Hacızadə videoda hadisəni törətdiyini və öz canına da qəsd edəcəyini deyib.
O, əlindəki bıçaqda olan qanı göstərərək cinayəti qısqanclıq zəminində törətdiyini, həbsdən qorxmadığını, lakin yaşamaq istəmədiyini də vurğulayıb.
Qeyd edək ki, hadisədən sonra Səbuhidən xəbər almaq və yerini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Videoda şiddət əlamətləri və arzuolunmaz təşviq olduğundan görüntüləri tam şəkildə təqdim etmirik.


***
Tovuz rayonunda qətl hadisəsi törədilib. Əyyublu kəndində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə bıçaqlanaraq öldürülüb. Hadisənin qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə tərəfindən törədildiyi bildirilir. Onun saxlanması istiqamətində polis tərəfindən tədbirlər görülür. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












