Arvadının boğazını kəsərək öldürən şəxsin oğlu: “Atama az cəza verin”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən Zaman Məhəmməd oğlu Zeynalovun məhkəmə prosesinin növbəti iclası keçirilib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, şahid qismində təqsirləndirilən şəxsin oğlu Amid Zamanov ifadə verib:
"Atam anama xəsarət yetirib. 5 ildir ağır şəraitdə yaşayırıq. Hadisə olan vaxtı Rusiyadan təzə gəlmişdik. Anam xəstəlikdən əziyyət çəkirdi. Son müddət bacımın həyat yoldaşından ayrılmasından və evə qayıtmasından ailəmizdə mübahisə daha da böyümüşdü. Anamın ölümünə gəlincə isə, səsə gəldim, gördüm anam uzanıqlı vəziyyətdədir. Mən hadisə yerinə çatanda artıq iş işdən keçmişdi".
Təqsirləndirilən Zaman Zeynalov oğlunun ifadəsinə münasibət bildirib:
"Qızım Səmanın nişanı bir dəfə qayıtdı. Sonra ərə verdik. Təzədən düz gəlmədi, boşandı, gəldi. Mən kişiyəmsə, papağı başıma bir dəfə qoyuram".
Növbəti şahid qismində təqsirləndirilənin digər oğlu Qamət Zeynalov qeyd edib ki, atası anası Pərvanə Şahbaz qızı Zeynalovanı qətlə yetirib:
"Anam bacım Səmanı ər evindən götürüb gətirdi. Mən bu Vətənin vətənpərvər oğluyam, 44 günlük döyüşlərdə iştirak etmişəm, anamızı itirdik, heç olmasa atama az cəza verin. Atam özü hadisədən sonra könüllü gedib polisə təslim oldu".
Məhkəmə prosesi 10 iyul tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, Zaman Zeynalov ötən ilin yanvar ayında Qobustan qəsəbəsində həyat yoldaşı Pərvanə Zeynalovanın boğazını kəsərək qətlə yetirib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












