Astarada əməliyyat keçirildi - 55 kq narkotik vasitə aşkarlandı - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitənin gətirilərək satılmasının qarşısı alınıb. Avtosfer.az xəbər verir ki, Astara rayonunda baş tutan tədbir zamanı 1977-ci il təvəllüdlü əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunmuş Elçin Cavadov saxlanılıb. Ondan 55 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana,metamfetamin və tiryək aşkarlanıb. Araşdırma zamanı E.Cavadovun ölkəyə qaçaqmalçılıq yolu ilə narkotikləri keçirən əsas şəxslərdən biri olması müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












