Astarada itkin düşmüş balıqçıların axtarışı davam edir – Yayılan məlumatlar təkzib olundu

Astarada itkin düşmüş balıqçıların axtarışı davam edir. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, Astarada itkin düşmüş hesab edilən balıqçıların tapılmasına dair yayılan məlumatlar həqiqəti əks etdirmir. 9 dekabr səhər saat 8-dən itkin düşmüş hesab olunan Turan və Ağadədə Həsənovların yaxını Sübhan Həsənov bildirib ki, axşam saatlarında bəzi sosial şəbəkə səhifələrində balıqçıların tapılması barədə yanlış xəbərlər yayılıb.
Onun sözlərinə görə, ailənin balıqçılar barədə heç bir məlumatı yoxdur və bu cür xəbərləri yayanların məqsədi axtarışların dayandırılmasına nail olmaqdır. Əlavə edib ki, aidiyyəti qurumların nümayəndələri az əvvəl ailə üzvləri ilə görüşüblər və onlardan axtarışların dayandırılmaması xahiş olunub. Sübhan Həsənov bir daha dövlət qurumlarına müraciət edərək bildirib ki, qonşu ölkələrlə əlaqələr qurulmalı, balıqçıların tapılması istiqamətində işlər geniş şəkildə davam etdirilməlidir. O həmçinin yanlış məlumat yayanlara çağırış edərək qeyd edib ki, xəbərlər yalnız rəsmi qurumlardan və ya ailə üzvlərindən dəqiqləşdirildikdən sonra paylaşılmalıdır. Hazırda itkin düşmüş balıqçıların tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












