Astarada mobil telefonunda qumar oynayan şəxs cərimə edildi

Astara rayonunda mobil telefon vasitəsi ilə qumar oynayan 25 yaşlı şəxs inzibati məsuliyyətə cəlb edilib.
Avtosfer.az-ın xəbərinə görə, 2000-ci il təvəllüdlü Mehdi Qasımovun (ad-soyad şərti verilib – red.) qumar oyununda iştirak etməsi müəyyən olunub.
Qasımovun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Qasımov özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, mobil telefon vasitəsi ilə qumar oynayıb: “Lakin mobil telefon vasitəsi ilə qumar oynamağın qanunsuz olduğunu bilməmişəm”.
O, himayəsində 3 azyaşlı uşağının olduğunu, cəzasının yüngül olmasını xahiş edib.
Astara Rayon Məhkəməsinin hökmü ilə Qasımov 3000 manat məbləğində cərimə edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












