Astarada sürüşmə aktivləşdi - 10 ev təhlükə altında qaldı - FOTO

Güclü yağışlar Astarada sürüşmə zonalarını aktivləşdirib.
Avtosfer.az xəbər verir ki, son zamanlar cənub bölgəsində normadan artıq yağışların yağması, Astarada müəyyən sürüşmə zonalarını aktivləşdirib. Rayonun Şiyəkəran kəndində, “Məscid məhəllə” deyilən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ev üçün təhlükəli vəziyyət yaranıb. Sakinlərin sözlərinə görə, 3-5 metr cərgədə əkilən sitrus və digər meyvə ağaclar, torpaq sürüşməsi ilə birlikdə çaya tökülüb.
Onlar bildirir ki, əvvəllər sürüşmənin qarşısını almaq üçün çay ətrafında, yamaclarda ağaclar əkiblər. Lakin güclü sel həmin ağacları kökündən qoparıb, aparıb.
Artıq aidiyyəti orqanların nümayəndələri əraziyə baxış keçiriblər. Astara suvarma sistemləri idarəsinin baş mühəndisi Fərid Yusubov APA-ya bildirib ki, ötən il həmin ərazidə görülən işlər nəticəsində sürüşmənin qarşısını müəyyən qədər almaq olub. Yaxın günlərdə həmin istiqamətdə işlər davam etdiriləcək: “Sözügedən əraziyə Azərbaycan Su Ehtiyatları Agentliyinin və layihə institutunun nümayəndələri baxış keçirib. İlkin olaraq, şəkillər və koordinatlar götürülüb. Layihə smeta sənədlərinin hazırlanması işləri davam etdirilir. Yaxın gələcəkdə həmin ərazidə sahil mühafizə bəndlərinin tikintisi həyata keçiriləcək. Ümumiyyətlə, 650 paqonametr sahil mühafizə bəndlərinin tikintisi planlaşdırılıb".
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək














