Atası 2 gün əvvəl Nurcandan imtina edibmiş... - Rəsmi açıqlama - FOTO

Sosial Xidmətlər Agentliyi “Təmiz Dünya” Qadınlara Yardım İB-də vəfat edən 16 yaşlı Nurcanla bağlı açıqlama yayıb.
Avtosfer.az xəbər verir ki, açıqlamada deyilir:
“Bildiririk ki, 21 avqust 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qohumlarının evindən qaçan Nurcan Elşad qızı Cəfərova barəsində məlumat daxil olub.
Tərəfimizdən uşağın mənafeyinin qorunması məqsədilə dərhal tədbirlər görülüb və qiymətləndirilməsi aparılıb.
Məlum olub ki, Nurcanın anası Vüsalə Orucova 2014-cü ildə vəfat edib, atası isə Rusiyada yaşayır.
Uşağın xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib”.
Bildirilir ki, qiymətləndirmə prosesində Nurcan da xalasının ailəsinə geri qayıtmaq istəmədiyini qeyd edib:
“Nurcan Cəfərovanın təhlükəsizliyinin təmin edilməsi və mənafeyinin qorunması məqsədilə o, Agentliyin 11.09.2025-ci il tarixli qərarı ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib və sığınacaq tərəfindən uşaqla sosial-psixoloji reabilitasiya işləri aparılıb.
Həmçinin uşağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsi və ona himayəçi təyin olunması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinə Agentlik tərəfindən sorğu göndərilib. Cavab məktubuna əsasən Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməyib”.
Qeyd olunub ki, Nurcan sığınacaqda olduğu müddətdə mütəmadi olaraq xalası ilə telefon əlaqəsi saxlayıb:
“Atası Elşad Səfərov ölkəyə qayıtdıqdan sonra 18.11.2025-ci il tarixində uşaqdan rəsmi qaydada imtina edib.
Sosial Xidmətlər Agentliyinin kollektivi olaraq baş vermiş faciəvi hadisə ilə bağlı kədərləndiyimizi bildirir, Nurcana Allahdan rəhmət diləyirik”.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












