Atom elektrik stansiyası üzərində UNO görüntüləndi: Polislər sirri aça bilmirlər

ABŞ-nin Suituoter dairəsi şerifinin ofisinin əməkdaşları, o cümlədən ofisin rəhbəri Con Qrossnikl özü Vayominq atom elektrik stansiyası (AES) üzərində qəribə obyektlərin peyda olmasına şahidlik ediblər. Onlar bunun UNO-nun (uçan naməlum obyekt) bütün bir donanması və ya naməlum parlayan dronlar olduğunu düşünürlər. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə "Cowboy State Daily" nəşri məlumat verib. Şerifin mətbuat katibi Ceyson Mauerin sözlərinə görə, obyektlər 13 aydır vaxtaşırı olaraq stansiyanın üzərində görünür. Onları çox hündürlükdə olduqları üçün yerdən vurmaq da mümkün deyil. "Biz hər kəslə işləmişik. Onların bunun nə olduğunu anlamaq üçün əlimizdən gələn hər şeyi etmişik və heç kim də bizə cavablar vermək istəmir", - deyə Mauer bildirib. Polis əməkdaşının sözlərinə görə, insanlar bu UNO-ların peyda olmasına artıq o qədər öyrəşiblər ki, onlar haqqında hüquq-mühafizə orqanlarına xəbər verməyə ehtiyac görmürlər. O əlavə edib ki, şerif, hətta Vayominq Nümayəndələr Palatasının rəhbəri Harriet Heyqemanı da obyektə gətirib və o da qeyri-adi hadisənin şahidi olub. Nəşrin məlumatına görə, hərbçilər hazırda müəmmalı obyektlərə qarşı heç bir tədbir görə bilmirlər. Lakin ştat qərar verib və bu qərar qubernatora vacib infrastruktur üzərində dronlara qarşı qvardiya yerləşdirilməsinə icazə verir.
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










