Reklam

Autizmli uşağın döyüldüyü iddia edilən mərkəz hadisənin REAL VİDEOSUNU yaydı - YENİLƏNİB

Hadisə 12 Sentyabr 2024 19:21 Oxunub 292
Autizmli uşağın döyüldüyü iddia edilən mərkəz hadisənin REAL VİDEOSUNU yaydı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Autizmli uşağın döyüldüyü iddia edilən mərkəz hadisənin real görüntülərini yayıb.

Avtosfer.az xəbərinə görə, bu barədə mərkəzdən Lent.az-a bildirilib ki, bu görüntülər realdır və burada sürətləndirmə yoxdur:

***

Autizmli uşağın döyüldüyü iddia edilən mərkəz hadisəyə münasibət bildirib.

Avtosfer.az-ın məlumatına görə, Xəqani Psixoloji Reabilitasiya Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, görüntülər sürətləndirilmiş şəkildə yayımlanıb:

“Hadisə iyul ayında baş verib. Bura şəhidin adını daşıyan mərkəzdir. 6 il ərzində əsla belə bir halla qarşılaşmamışıq. Uşaq bizim mərkəzdə 8 ay müalicə alıb. Daha sonra evdə yanıq xəsarətləri aldığı üçün mərkəzimizdə müalicəyə davam etmədi. Amma onu da deyək ki, uşaq artıq sağalmışdı. Valideynin təşəkkür videoları da var. İndi belə bir addım atmasına səbəb isə bizdən tələb etdiyi pulu ala bilməməsidir. Uşağını sağaltdığımız halda mərkəzimizdən pul tələb edir. Video sürətləndirilib. O görüntülərin əsli bizim əlimizdədir. Müəllim kameranın altında oturub necə belə bir şey edə bilər axı? Biz heç məsələni araşdırmadan şiddət məsələsini eşidən kimi o müəllimi işdən uzaqlaşdırdıq. Lakin daha sonra 21 valideyn mərkəzimizə gəlib bizdən tələb etdi ki, müəllimi işə qaytaraq. Buna səbəb isə onun həmin valideynlərin övladlarını müalicə edib sağaltması olub. Bütün bunlar şər-böhtandır”.

***

Zaqatalada 3 yaşlı xəstə uşaq şiddətə məruz qalıb.

Bu barədə Lent.az-ın redaksiyasına şiddətə məruz qalan 3 yaşlı Xədicə Həsənzadənin anası Vəfa Həsənova məlum verib.

O bildirib ki, övladı autizmdən əziyyət çəkir:

"Qızım 9 aydı Zaqatalada Xəqani Psixoloji Reabilitasiya Mərkəzinə gedir. Axır vaxtlar Xədicə qəribə olmuşdu, öz-üzünü şillələyirdi. Mərkəzdə müəllimə qızıma "ava" təlimi keçirdi. Bu təlim autizmli uşaqlara təhlükəsizliyi öyrətməklə bağlıdır. Xədicəni mərkəzə qoyandan sonra açıq pəncərədən onlara baxdım. Gördüm ki, müəllimə qızımın dizinə vurur. Öz narazılığımı mərkəz direktoruna bildirdim. Səhəri gün kamera açılanda başqa şiddətlərlə qarşılaşdım. Bunları videoya çəkdim. Hüquq-mühafizə orqanlarına da şikayət vermişəm".

Valideynin sözlərinə görə, həmin müəllim ilk günlər işdən çıxarılsa da, indi yenidən işə alınıb:

"Mənim narazılığımdan, şikayətimdən sonra müəllimə işdən çıxarıldı. Amma indi eşidirəm ki, onu təzədən işə götürüblər. Mənim xəstə uşağımı döyüblər, əlimdə görüntülər var, lakin günahkarlar cəzalandırılmır".

Xəqani Psixoloji Reabilitasiya Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da zənglərə cavab verən olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, qeyd olunan məsələ ilə bağlı azyaşlının valideyni tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Müvafiq ekspertiza təyin olunub, həmin hərəkətlərin müalicə proseduru və yaxud zorakılıq olması ekspertizanın rəyindən sonra məlum olacaq.

Hazırda rayon polis şöbəsində istintaq araşdırmaları davam etdirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh