Aviaşirkət sərxoş pilotla bağlı açıqlama yaydı

Dekabrın 23-də Vankuverdən Dehliyə yola düşməli olan "Air India" reysi son anda gecikib. Buna səbəb təyin olunmuş pilotun spirtli içki təsiri altında olması olub. Təyyarəni idarə etmək üçün alternativ pilot gətirilib. Avtosfer.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Hindistanın "Air India" şirkəti məlumat yayıb.
Məlumata görə, pilot Vankuver Beynəlxalq Hava Limanında iki dəfə alkotesterdən keçirilib və nəticələr onun işə yararsız olduğunu təsdiqləyib.
"Air India" həmin pilotun istintaq müddətində uçuş vəzifələrindən kənarlaşdırıldığını açıqlayıb: “Şirkətimiz qayda və qanun pozuntularına qarşı sıfır dözümlülük siyasəti tətbiq edir. İstintaq nəticəsində hər hansı pozuntu təsdiqlənərsə, ciddi intizam tədbirləri görüləcək”.
Qeyd edək ki, sözügedən reys 344 sərnişin tutumuna malik Boeing 777 təyyarəsi olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












