Avtomobilini satışa qoydu: pulunu mənimsəyib adına kredit götürdülər - VİDEO

Avtomobilini elan saytında satışa qoyan şəxsin 17 min manatdan çox pulu mənimsənilib.
O, naməlum şəxslər tərəfindən kiberdələduzluğa məruz qalıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə Cəbrayıl rayon sakini Malik Əsədovun başına gəlib.
Kiberdələduzlar bununla da kifayətlənməyiblər. Zərərçəkmiş Malik Əsədov iddia edir ki, onlar həmin kart vasitəsilə banka onlayn müraciət edib, adına kredit rəsmiləşdirib, bu dəfə külli miqdarda pulu mənimsəyiblər. Vətəndaş dərhal ''102'' xidmətinə məlumat verib.
Malik Əsədovun səsləndirdiyi iddia, yəni onun xəbəri olmadan adına kreditin açılması ilə bağlı banka müraciət etdik. Sözügedən bankdan bildirdilər ki, kart məlumatları əsasında onlayn formada banka müraciət edib, kreditin götürülməsi mümkündür və bu dünya təcrübəsində də var. ''Bu səbəbdən də hər bir şəxs bank kartını və şəxsi məlumatlarını məxfi saxlamalıdır'',- deyə bankdan əlavə etdilər.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən isə bildirildi ki, Malik Əsədovun kibercinayətkarlığa məruz qalması ilə bağlı Füzuli rayon polis şöbəsinə etdiyi müraciət əsasında cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyi vətəndaşlara kiberdələduzlardan qorunmaq üçün onlayn alış-veriş edərkən diqqətli olmağı, şəxsi məlumatları gizli saxlamağı tövsiyə edir.
Ətraflı videomaterialda.
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü












