Az yaşlı oğlu ilə "Jeep" sürdü - Məhkəmə qərarı

Abşeron rayonu, Məhəmmədi kəndində iki yaşlı övladını qucağına oturdaraq "Jeep Patriot” minik markalı avtomobili idarə edən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il idə Abşeron rayonunda anadan olmuş Rövşən Cabirov avtomobili idarə edərkən qucağında azyaşlı uşağı əyləşdirdiyinə görə DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Rövşən atasına məxsus "Jeep Patriot" markalı avtomobillə aptekə gedən zaman övladı onunla olub və uşağı qucağında otuzdurub. Polis əməkdaşları onu saxlamaq istəyərkən məsuliyyətdən yaxa qurtarmaq üçün ara küçəyə daxil olaraq, polislərin onu saxlaya bilməyəcəyini düşünüb. Nəqliyyat vasitəsinin sürətini atrırıb-azaltmaqla və digər belə hərəkətlərlə avtoxuliqanlıq hərəkəti edib. Avtomobili saxladıqdan sürücünün sənədləri yoxlanılarkən məlum olub ki, onun nəqliyyat vasitəsini sürmək üçün etibarnaməsi yoxdur. Bundan sonra nəqliyyat vasitəsi duracağa yerləşdirilib. Rövşən barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələri ilə protokol tərtib edilib.
Məhkəmə Rövşənin Qarabağ müharibəsi iştirakçısı olmasını, əməlindən peşman olduğunu nəzərə alaraq, onu 500 manat cərimə edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












