Azərbaycanda vəzifəli şəxs əməliyyat zamanı öldü

Cəlilabad rayonundan olan vəzifəli şəxsin ölümü ilə bağlı bəzi detallar məlum olub. Avtosfer.az xəbər verir ki, Cəlilabad Bələdiyyələrin Əlaqələndirmə Şurasının sədri və rayonun Üçtəpə kənd bələdiyyəsinin sədri Əmrah Quliyevin bu gün qəfildən ürəyində problem yaranıb. Bu səbəbdən o, təcili olaraq Masallı rayonunda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Lakin əməliyyat zamanı 66 yaşında vəfat edib.
***
Cəlilabad rayonunda vəzifəli şəxs ölüb. Cəlilabad Bələdiyyələrin Əlaqələndirmə Şurasının sədri və rayonun Üçtəpə kənd bələdiyyəsinin sədri Əmrah Quliyev 66 yaşında həyatını itirib. Onun Masallı rayonunda yerləşən xəstəxanaların birində əməliyyat olunan zaman öldüyü bildirilir.
Qeyd edək ki, Əmrah Quliyevin Cəlilabad rayonunun Üçtəpə bələdiyyəsinin sədri vəzifəsində olduğu dövrdə qanunsuz əməlləri ifşa edilib. Cinayət işi açılıb və o, dələduzluqla təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşlardan 3 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. (Oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












