Azərbaycanda yol polisinə tabe olmayan məmur HƏBS OLUNDU

Goranboyda yol polisinə tabe olmayan sürücü həbs olunub. Avtosfer.az-ın "Lent.az"a istinadən məlumatına görə, hadisə rayonun Şahməmmədli kəndi ərazisində baş verib. 57 yaşlı Vəfadar Quliyevin (ad və soyad şərtidir) idarə etdiyi avtomobilin ön dövlət qeydiyyat nişanı standartlara uyğun gəlmədiyi üçün yol polisi tərəfindən ona “saxla” əmri verilib. Bu zaman onunla yol polisi əməkdaşları arasında mübahisə yaranıb və o, əməkdaşa “gedin işinizlə məşğul olun, siz kimsiniz?” - deyib.
Daha sonra ona avtomobilinin duracağı aparılacağı bildirilib və Vəfadar yenə etiraz edərək nalayiq ifadələr işlədib. Nəticədə o, saxlanılaraq, Goranboy rayon Polis Şöbəsinə aparılıb. Fakt əsasında onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.
Barəsində inzibati xəta üzrə icraat aparılan Vəfadar Quliyev bildirib ki, Goranboy rayon Statistika idarəsinin əməkdaşıdır:
“Səhər saat 9 radələrinə yol polisləri mənə “saxla” işarəsi verdilər. Lakin mən avtomobili dərhal yox, 30 metr sonra saxladım. Yol polisi əməkdaşı avtomobilimin ön nömrəsi standartlara uyğun gəlmir deyəndə əsəbiləşib, dedim ki, gedin işinizlə məşğul olun siz kimsiniz? Bundan sonra aramızda mübahisə böyüdü. Qərara alındı ki, maşınımı duracağa aparsınlar. Bu zaman da etiraz edərək onların tələbinə tabe olmadım”.
Vəfadar Quliyev əməlindən çox peşman olduğunu deyib. O, aqressiv davranışını yaşı və şəkər xəstəliyi ilə əlaqələndirib. Goranboy rayon Məhkəməsinin qərarı ilə onun barəsində 10 gün müddətinə inzibati həbs cəzası verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












