Azərbaycandan Gürcüstana qanunsuz keçən dörd nəfər saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Sərhəd Polisi Azərbaycanla sərhəd bölgəsində qanunsuz keçid cəhdinin qarşısını alıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, DİN-in yaydığı məlumata görə, Laqodexi diviziyasının "Matsimi" mühafizə sektorunda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 4 əcnəbi vətəndaş dövlət sərhədini qanunsuz keçdikləri üçün saxlanılıb.
Saxlanılan şəxslərin 2005-ci il təvəllüdlü A.M., 2003-cü il təvəllüdlü S.A. və M.A., həmçinin 2002-ci il təvəllüdlü M.A. olduğu bildirilir. Araşdırmalar onların Azərbaycan ərazisindən sərhəd-keçid məntəqəsindən yan keçərək Gürcüstana daxil olduqlarını müəyyən edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin ikinci hissəsi (qrup halında dövlət sərhədini qanunsuz keçmə) üzrə istintaq aparılır. Qanun pozuntusu 5 ilədək həbs cəzası nəzərdə tutur.
Sərhəd Polisinin məlumatına görə, qanunsuz miqrasiya və sərhəd pozuntularının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












