Azərbaycanlı iş adamını qətlə yetirən şəxsə hökm oxundu

Ukraynanın Xerson Vilayəti Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevi qətlə yetirməkdə və digər ağır cinayətlərdə təqsirləndirilən 52 yaşlı İlham Məmmədovun məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində başa çatıb. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, hakim Esmira Məmədovanın sədrliyi ilə keçirilən iclasda hökm elan edilib. Hökmə əsasən, İlham Məmədov 18 il müddətinə azadlıqdan məhrum edilib: cəzasının ilk beş ili kamerada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Ukraynanın Xerson Vilayəti Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev 17 avqust 2015-ci ildə evinin yaxınlığında döyülərək öldürülüb. Qətldə şübhəli bilinənlərdən biri, 1992-ci il təvəllüdlü Ukrayna vətəndaşı Naim Allahverdiyev saxlanılsa da, digər şübhəli İlham Məmədov qaçmağı bacarıb. O, Ukraynada axtarışa verilib. İlham Tağıyev bu ilin fevral ayında həbs edilib. Eyni zamanda, ermənilər Sergey Karapetyan və Xaçik Montiyan iş adamını qətlə yetirməkdə şübhəli bilinərək həbs ediliblər. Bu qrupun həmçinin iki digər Azərbaycan iş adamını - Vüqar Nuruşovu və Təbriz Ələkbərovu da qətlə yetirdiyi bildirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












