Azərbaycanlı oliqarx həbsdən çıxmaq üçün 100 milyon verir

Rusiyanın Voronej şəhərində yaşayan azərbaycanlı oliqarx Yusif Rəsul oğlu Xəlilovun nümayəndələri Federal Təhlükəsizlik Xidmətinin "K” İdarəsinin yeni rəhbərliyi ilə əlaqə qurmağa çalışırlar.
Avtosfer.az Lent.az-a istinadla bildirir ki, məqsəd Xəlilovun azadlığa buraxılması və eyni zamanda onun dəbdəbəli "Yardy” restoranının taleyinin həlli ilə bağlı razılaşma əldə etməkdir. Bildirilir ki, təklif olunan "razılaşma”nın məbləği 100 milyon rubldan (təxminən 2 milyon 172 min 500 manat) çoxdur.
Xatırladaq ki, FTX-nin "K” İdarəsinin yeni rəhbəri Aleksey Truxaçevin qardaşı Sergey Truxaçev hazırda Voronej vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edir.
Eyni zamanda, FTX-nin keçmiş "K” İdarə rəisi İvan Tkaçev (hazırda FSB-nin Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri) Xəlilovun biznes-partnyoru və "Alekseyevski” bazarının digər sahibi Təyyub Hüseynovla şəxsən tanışdır. Təyyub Məmməd oğlu Hüseynov həmçinin Belqorod şəhərində bir neçə oxşar bazara nəzarət edir.
Qeyd edək ki, Voronej şəhərində azərbaycan diasporunun rəhbəri və "Alekseyevski” bazarının sahibi Yusif Rəsul oğlu Xəlilov rüşvət ittihamı ilə həbs olunub və hazırda təcridxanada saxlanılır.
Yusif Xəlilov "Yardy Superbar” restoranının, "Fort” kafesinin sahibi və iri "Alekseyevski” ərzaq bazarının şərikidir.
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












