Azərbaycanlı öz xahişi ilə həbs olundu - Görünməmiş olay

Rusiyanın Kareliya Respublikasında dəfələrlə sərxoş halda maşın sürən azərbaycanlı həbs olunub. Avtosfer.az Lent.az-a istinadla bildirir ki, Petrozavodsk şəhərtində yaşayan, 39 yaşlı Azərbaycan əsilli Aflan ilk dəfə 2019-cu ildə məhkəməsi qarşısına çıxıb. Həmin vaxt sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün ona 200 saat məcburi iş və təxminən üç il müddətinə sürücülük hüququndan məhrumetmə cəzası verilib.
2024-cü ildə o, hədə-qorxu yolu ilə pul tələb etmə və qəsdən yandırma maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunub. Cəza olaraq ona dörd il şərti azadlıqdan məhrumetmə və sınaq müddəti təyin edilib. Bir neçə ay sonra o, yenidən sərxoş vəziyyətdə sükan arxasında yaxalanıb. Bu dəfə ona 1 il yarım məcburi iş və sürücülük hüququnun alınması cəzası verilib.
Aflan təxminən 1 il müddətinə islah mərkəzində bu cəzanı çəkib. Lakin yaxınlarda ailəsi ilə görüşdən sonra mərkəzə sərxoş vəziyyətdə qayıdıb. Bu qayda pozuntusuna görə mərkəzin rəhbərliyi məhkəməyə müraciət edərək qalan 4 ay məcburi işin real həbs cəzası ilə əvəz olunmasını tələb edib.
Vəkilin onu müdafiə etməyə çalışmasına baxmayaraq, Aflanın özü də həbsxanaya getmək istədiyini deyib. Noyabrın 11-də məhkəmə məhkumun xahişini qəbul edib. Kişi dərhal həbsə alınıb və cəzaçəkmə müəssisəsinə göndərilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












