Azərbaycanlı “TikTok”er Nyu-Yorkda faciəvi şəkildə öldü - FOTOLAR

Azərbaycanlı yeniyetmə qız Bruklinin (Nyu-York şəhərinin 5 bölgəsindən biri. - red) "Marcy Avenue" metro stansiyasında faciəvi şəkildə həyatını itirib.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, 12 yaşlı Zemfira Muxtarova və onun 13 yaşlı rəfiqəsi Ebba Morina qatarın vurması nəticəsində həlak olublar.
Belə ki, insident oktyabrın 4-də səhər saatlarında baş verib. Qızlar stansiyada TikTok platforması üçün video çəkərkən həyatlarından olublar.
Məlumata görə, Zemfira və ailəsi Azərbaycandan Nyu-Yorka köçüb. Onun valideynlərinin sözlərinə görə, Zemfira gecə yarısı evdən gizlicə çıxıb və rəfiqəsi ilə metro stansiyasında görüşüb.
O, Ebba ilə birlikdə hərəkət edən metro qatarının üstündə TikTok videoları çəkirmiş. Metroda sörfinqlə məşğul olduğu bildirilən Zemfira tez-tez TikTok hesabında Nyu-York şəhərinin metro stansiyalarında belə kaskadyorlar etdiyi videoları paylaşırdı.



Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












