"Azərsilah"ın zavodunda hadisə - Bir nəfər həlak olub - FOTOLAR

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib. Qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, qəza nəticəsində dünyasını dəyişən Adil İsmayılov Sınaq Sahəsinin rəisi vəzifəsində çalışıb.
1969-cu il 3 sentyabrda Yardımlı rayonunun Arus kəndində anadan olan mərhum 1993-1994-cü illərdə Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Ağdərə və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib.
1994-2010-cu illərdə Daxili Qoşunlarda xidmət edib. Xidmət müddətində Xidmətdə fərqlənmə döş nişanı, Qüsursuz Xidmətə görə medalın I, II, III dərəcələri və Yubiley medalları ilə təltif olunub.
2010-cu ildə mayor rütbəsində ehtiyata buraxıldıqdan sonra Müdafiə Sənayesi Nazirliyinin müəsisələrinin birində Mühəndis-sınaqçı, daha sonra Sınaq Sahəsinin rəisi vəzifəsində çalışıb.
44 günlük Vətən müharıbəsi zamanı MSN istehsal olunan məmulatların tətbiqi və istismarına etdiyi köməyə görə mükafatlandırılıb.
Ailəlidir, 3 övladı var.



Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










