Babək və Şahbuz şəhərlərində yanğın - FOTO

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək şəhərində biçilmiş taxıl sahəsində, Şahbuz şəhərində isə "OKA" markalı minik avtomobilində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatlarla əlaqədar dərhal Babək və Şahbuz Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb.
Babək şəhərində yanğın nəticəsində 2000 kvadratmetr biçilmiş taxıl sahəsi yanıb, 3000 kvadratmetr biçilmiş taxıl sahəsi isə yanğından mühafizə olunub. Şahbuz şəhərində isə minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB















