Bacısını boğaraq öldürən şəxs barəsində psixiatrik ekspertiza təyin edildi

Bakıda bacısını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Həsən Kərimovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində olan rəyin məhkəməyə daxil olduğunu bildirdi.
Prosesdə məhkəmə təkrar komision kompleks stasionar psixiatrik-psixoloji ekspertizanın rəyi müzakirə edildi.
Dövlət ittihamçısı Valeh Ələkbərov vəsatət qaldıraraq bildirdi ki, iş üzrə 2 ekspertiza rəyi olduğu üçün ziddiyyət yaranır. Ona görə təkrar kompleks komision stasionar psixiatrik-psixoloji ekspertizanın keçirilməsi məqsədəuyğundur.
Təqsirləndirilən şəxsin müdafiəçisi Yusif Kərimov diqqətə çatdırdı ki, vəsatət təmin edilməməlidir.
Buna baxmayaraq məhkəmə obyektivliyin təmin edilməsi üçün dövlət ittihamçısının vəsatətini təmin etdi.
Məhkəmə qeyri-müəyyən müddətə qədər təxirə salındı.
Qeyd edək ki, 2023-cü il oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Həsən Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü












