Bağçada azyaşlıya şiddət göstərildi - VİDEO

Azərbaycanda bağçaların birində azyaşlıya qarşı şiddəti əks etdirən görüntülər yayılıb. Avtosfer.az "Baku.ws"ə istinadən xəbər verir ki, görüntülərin Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında qeydə alındığı iddia olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, görüntülərlə bağlı Tovuz RPŞ-də araşdırma aparılır.
***
Bu gün sosial şəbəkələrdə yayılan Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi məlum olub. Bu barədə APA-ya Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. "Bildiririk ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən azad edilib.
Qeyd edirik ki, məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilən uşaqların fiziki və psixoloji təhlükəsizliyi bizim üçün prioritet istiqamətlərdəndir. Uşaqlara qarşı uyğunsuz davranışlar qəbuledilməzdir və belə hallara qarşı barışmaz mövqedəyik. Bildiririk ki, məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - məlumatda qeyd olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












