Bakı-Sumqayıt avtobusunda tüstülənmə - VİDEO

Bu gün, saat 16:00 radələrində "BakuBus" MMC-nin istismarında olan Bakı-Sumqayıt istiqamətində hərəkət edən 594 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan birində texniki nasazlıq qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Baku.ws”ə "BakuBus" MMC-nin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Sumqayıt avtovağzalında avtobusun sürücüsü mühərrikin turbo hissəsində yaranmış texniki nasazlıq barədə məlumatı "BakuBus" MMC-nin Monitorinq Mərkəzinə təqdim edib. "Monitorinq Mərkəzi dərhal məsələ ilə bağlı Servis Xidmətinə məlumat verib. Servis Xidməti tərəfindən texniki baxış keçirildikdən sonra avtobusun təhlükəsiz şəkildə depoya yönləndirilməsi barədə qərar qəbul edilib. Avtobus hərəkətdə olduğu zaman, Bakı avtovağzalının qarşısında nasazlıq səbəbindən qısa müddətli tüstülənmə müşahidə olunub. Sürücü tərəfindən operativ müdaxilə edilərək tüstülənmənin qarşısı alınıb. Qeyd edək ki, hadisə zamanı avtobusda sərnişin olmayıb", - deyə qurumun məlumatında vurğulanıb.
***
Bakı-Sumqayıt avtobusunda tüstülənmə baş verib. Bildirilib ki, yanğın "Bakı Beynəlxalq Avtovağzal Kompleksi"nə dönən yolda qeydə alınıb. Hadisə şahidinin sözlərinə görə, tüstülənmə avtobusun arxa hissəsindən başlayıb. Sərnişinlər dərhal avtobusu tərk ediblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Sözügedən kadrları təqdim edirik:
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










