Bakı yenə su altında: FHN xilasediciləri vətəndaşlara kömək üçün hərəkətə keçdi - VİDEO

Paytaxta normadan artıq yağan yağışlar şəhərdə yenidən gölməçələr yaradıb.
Avtosfer.az xəbər verir ki, Bakının Sabunçu rayonunda ötən gündən davam edən yağışlar bəzi ərazilərin su altında qalması ilə nəticələnib.
Sosial şəbəkələrdə ərazidən canlı yayıma çıxan qəsəbə sakinləri bildirir ki, əvvəlki yağıntılar ərazidəki drenaj sistemlərini sıradan çıxardığı üçün ötən gündən başlayan yağış ərazidə gölməçə yaradıb və küçələri keçilməz edib. Görüntülərdən də aydın olduğu kimi, ərazidəki supermarketin qarşısını su basdığı üçün vətəndaşlara kömək etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xilasetmə texnikası və əməkdaşları cəlb edilib.
Belə ki, Əsildar Məmmədov və Vladimr Mayakovski küçələrinin kəsişməsində, Sabunçu Dəmir Yolu Vağzalı önü bütövlükdə su altında qalıb.
Məsələ ilə bağlı ünvanladığımız sorğuya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirildi ki, hazırda ərazinin su yığıntılarından təmizlənməsi işləri aparılır.
Fövqəladə Hallar Nazirliyi mövzu ilə əlaqədar media ya məlumat verərək bildirib ki, Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar bəzi ünvanlarda subasmanın baş verməsi barədə “112” qaynar telefon xəttinə məlumatlar daxil olub və dərhal Nazirliyin qüvvələri ərazilərə cəlb olunub. Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
Qeyd edək ki, ötən həftə paytaxta normadan artıq yağıntıların düşməsi səbəbilə sözügedən ərazi yenə su altında qalmışdı.
Sosial şəbəkədə paylaşılan həmin canlı yayımı sizə təqdim edirik:
Səfər
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO
Marketin qarşısında dayanan şəxsi avtomobil vurdu
Balkondan düşmək üzrə olan uşağı belə xilas etdi - VİDEO
Sumqayıtda doğum evində yanğın: Təxliyə başladı - FOTO
Süni intellektlə saxta MİDA müqavilələri hazırlayıb pul yığdılar – 2 qadın həbs edildi - VİDEO
Xırdalanda asfaltı qazdılar, sakinlərə tozlu yol “hədiyyə” etdilər - VİDEO
Almaniyada vağzalda partlayış: Bir neçə nəfər xəsarət aldı










