Bakıda "07" ilə "avtoşluq" edən sürücü həbs olundu - VİDEO

Avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkədə paylaşan şəxs həbs edilib.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə Bakının Xətai rayonu ərazisində VAZ-21074 markalı avtomobillə avtoxuliqanlıq edən şəxsin görüntüləri paylaşılıb.
Videoda sürücünün yol hərəkəti qaydalarını nümayişkaranə, kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına təhlükəli anlar yaşatdığı görünür.
Həmin görüntülərdə qəza şəraiti yaradan daha bir sürücü əks olunub.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhər sakini Şəmsi Vəliyev idarə etdiyi VAZ-21074 markalı avtomobillə Xətai rayonu ərazisində hərəkətdə olarkən ictimai qaydanı nümayişkaranə şəkildə pozub:
"Digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdiyi və bu növ videoları sosial şəbəkələrdə paylaşaraq insanların haqlı narazılığına səbəb olduğu üçün Xətai rayon DYP şöbəsinin Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və müvafiq sənədləşdirmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Vəliyevin əməlinə hüquqi qiymət verilərək inzibati qaydada həbs edilib".
Qurumdan sosial şəbəkələrdə paylaşılan görüntülərdəki daha bir qayda pozuntusu ilə bağlı da məlumat verilib:
"Belə ki, Bakı şəhər sakini Kənan Yusubov VAZ markalı avtomobil üzərində qanunvericiliklə qadağan olunan konstruksiya dəyişikliyi apararaq onu bu vəziyyətdə idarə etdiyi üçün saxlanılıb, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilməklə barəsində inzibati tənbeh tədbiri görülüb.
Bir daha sürücülərin diqqətinə çatdırmaq istərdik ki, yol hərəkəti qaydalarını pozaraq özlərini və ətrafdakı insanların həyatını təhlükəyə atmasınlar, nəzərə alsınlar ki, bu növ qayda pozuntularının hər biri diqqət mərkəzində saxlanılır və qayda pozan hər bir şəxs aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülür".
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












