Bakıda 21 il əvvəl taksi sürücüsünü öldürən şəxslə bağlı qərar verildi

Bakıda 2003-cü ildə taksi sürücüsünü öldürən Bəxtiyar Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən məhkəmə prosesində B. Dadaşovun kassasiya şikayəti üzrə qərar elan olunub.
Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Dadaşov 7 il 3 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmdən verilən kassasiya protesti üzrə B. Cəfərovun 16 il azadlıqdan məhrum olunması barədə qərar çıxarıb.
İttihama görə, Bəxtiyar Dadaşov tanışı İlham Məmmədovla 2003-cü ilin dekabrın 19-da Bakıdakı “Fəvvarələr meydanı”nda taksi sürücüsünü oğurlamaq qərarına gəliblər. Bunun üçün “QAZ-24” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar. Gecə vaxtı olmasından istifadə edərək hər ikisi Ramiz Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə pulunu ələ keçiriblər. Daha sonra R. Əmirovun arvadına zəng edib ərini oğurladıqlarını bildirərək, sərbəst buraxılması müqabilində pul tələb ediblər.
Bir müddət sonra B.Dadaşov və İ.Məmmədov R. Əmirovu boğaraq öldürüblər.
2021-ci il dekabrın 15-də B.Dadaşova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İ.Məmmədov vəfat etdiyinə görə, onun cinayət işi üzrə icraata xitam verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












