Bakıda 32 yaşlı şəxs itkin düşdü - FOTO

Noyabrın 27-də Bakıda 32 yaşlı Sərvan Kərimovun itkin düşdüyü bildirilir. Avtosfer.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat verib. Qeyd olunub ki, 32 yaşlı gəncin NZS qəsəbəsində yaşadığı evdən çıxaraq "Xalqlar Dostluğu" metrostansiyası istiqamətinə gedən 30 saylı avtobusa minib. Valideynlərinin sözlərinə görə, S.Kərimov əqli cəhətdən qüsurludur. Evdən çıxanda əynində boz köynək və əlində oyuncaq olub. S.Kərimovla bağlı hər hansı məlumatı olan şəxslərdən 055 339 11 69 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur. Oxu.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, itkin düşmə kimi axtarışı elan edilən 32 yaşlı şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












