Bakıda 47 yaşlı kişi keçmiş arvadının döydü – TƏFƏRRÜAT

Bakının Yasamal rayonunda 47 yaşlı kişi keçmiş həyat yoldaşına xəsarət yetirib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrın 7-də baş verib.
Şəki şəhər sakini, 1978-ci il təvəllüdlü Nazim həmin gün saat 10:00 radələrində keçmiş həyat yoldaşı Zahirə (adlar şərtidir – red.) ilə birgə mülkiyyətlərində olan mənzilin satılmasına etiraz səbəbindən mübahisə edib.
Mübahisə zamanı o, plastik küt əşya ilə keçmiş arvadını vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Nazimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən keçmiş ər ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, noyabrın 7-də saat 10:00-da keçmiş həyat yoldaşı ilə aralarında barışmaq üstündə mübahisə yaranıb: “O, uşaqlar razı olmadığı üçün mənimlə barışmaq istəmədiyini bildirdi. O, mənim yeni qurduğum ailə üzvlərimin ünvanına nalayıq sözlər işlətdi, mən də bundan əsəbləşdim. Zahirənin sifət nahiyəsindən bir şillə vurdum. Şillə sağ göz nahiyəsinə dəydi. Daha sonra yerdə olan bel qaşıyan plastik alətlə sol əlinin üst hissəsinə və sağ ayağına bir neçə zərbə vurdum. Saçından tutaraq yerə yıxdım.
Hadisədən sonra dəfələrlə qohumlarım vasitəsilə keçmiş arvadımla görüşərək barışmaq istəmişəm. Amma buna nail ola bilməmişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Zahirənin sözlərinə görə, 2004-cü ildə təqsirləndirilən şəxslə ailə həyatı qurub, iki övladları var: “2021-ci ildə rəsmən boşansaq da, Nazim övladları ilə görüşmək üçün yaşadığımız ünvana gəlib-gedir. Hadisədən əvvəlki gün yenə övladları ilə görüşmək gəldi və gecə qaldı.
Səhəri gün saat təxminən 10:00-da həmin ünvanda məhkəmə qərarı əsasında bölünmüş mənzilin satılmasına görə aramızda mübahisə yarandı. Yaşadığım mənzildə yumruq zərbəsi ilə sağ gözümün alt hissəsinə, yerdən götürdüyü plastik küt əşya ilə sol əlimin üst hissəsinə və sağ ayağıma bir neçə zərbə vurdu. Aldığım xəsarətin müalicəsi üçün çəkdiyim xərclər ödənilməyib”.
Zərərçəkmiş şəxs keçmiş ərinə ağır cəza verilməsini xahiş edib.
Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Nazim 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Yasamal rayonundakı evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Bundan başqa, onun Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməsi cəza çəkdiyi müddətdə qadağan olunub.
Onun məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
“Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnfiormasiya İB yeni layihəyə start verib
Piyada keçidi ola-ola qadın azyaşlı ilə avtomobillərin önünə atıldı - VİDEO
Bakıda baş vermiş kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Musiqi sifarişi üstündə dava düşdü – Müştəri xəstəxanalıq oldu - VİDEO
Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO - VİDEO
Masazırda kanalizasiya problemi: Çirkab su küçəyə axdı - VİDEO
Borca görə avtomobilin nömrəsini oğurlayan şəxs HƏBS EDİLDİ
Yüzlərlə kartdan pul oğurlayan iki gənc həbs olundu - ŞOK ƏMƏLİYYAT - VİDEO
Prospektdə təhlükəli anlar: Piyadalar yolu “öz bildikləri kimi” keçdi - VİDEO
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - FOTO - YENİLƏNİB
Tuneldə ağır qəza; maşın 17 qoyunu tələf etdi - VİDEO










