Bakıda ağaclar məqsədli şəkildə qurudulub? - FOTO

Bakının Nərimanov rayonu Faiq Yusifov küçəsində ağacların quruması barədə məlumat yayılıb.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
İddia olunur ki, məhz yeni tikilmiş binanın qarşısındakı ağaclar məqsədli şəkildə qurudulub.
Vətəndaşlar bunu həmin cərgədəki digər ağacların sağlam olması, məhz binanın qarşısına düşənlərin quruması ilə əsaslandırırlar.
Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova "qafqazinfo.az"a açıqlamasında bildirib ki, Nərimanov rayonu Faiq Yusifov küçəsində ağacların quruma səbəbini müəyyən etmək məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən araşdırma və monitorinq aparılıb:
“Araşdırma zamanı bəzi ağacların dibinə beton töküldüyü müəyyən edilib. Qurumuş ağacların dibindən torpaq nümunələri götürülüb. Analizlərin nəticəsinə əsasən, ağacların təbii səbəbdən, yaxud fiziki təsir nəticəsində quruduğu məlum olacaq. Əgər ağacların qurumasında insan faktoru olarsa, qanunamüvafiq tədbir görüləcək”.
Nazirlik rəsmisi, həmçinin bildirib ki, hazırda ağacların dibi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən betondan təmizlənir.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












