Bakıda ailə evindən çıxarıldı: Övladları küçədə dərs oxuyurlar - VİDEO - YENİLƏNİB

Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 7 ünvanında birotaqlı, yaşayış sahəsi 10.0 kv.m olan xidməti mənzilində yaşayan cavabdeh Ağabacı Mirzəağa qızı Şahbazova mənzilinə bitişik sahəsi 85 kv.m olan qeyri-yaşayış sahəsini heç bir müvafiq icazə sənədi olmadan zəbt edib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.
O qeyd edib ki, həmin şəxs zəbt etdiyi qeyri-yaşayış sahəsindən məhkəmə qərarı ilə çıxarılıb:
"Hazırda həmin şəxs müvafiq qərar olmasına baxmayaraq, mübahisəni davam etdirir, əsassız tələblər irəli sürür.
Aidiyyəti üzrə araşdırmalar davam etdirilir, həmin şəxslə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür"./oxu.az
***
Ətrafa dağılan ev əşyaları, tələm-tələsik yığılmış pal-paltar... Yağışlı havada küçədə dərs hazırlayan uşaq. Çarəsizcə dağılan evinin əşyalarına baxan ata...
Avtosfer.az xəbər verir ki, bu, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 5-9 ünvanında yaşayan, dördüncü gündür küçədə gecələyən bir ailənin mənzərəsidir.
Şikayətçi iddia edir ki, 25 ildir bu ünvanda yaşayırlar. Evlərinin bir hissəsinin sənədləri qaydasında olmasa da, onlara bu günə qədər evdən çıxmaq üçün heç bir tələbnamə ilə müraciət edilməyib.
Ev sakini Esmira Şahbazova deyir ki, bu dörd gündə onların halını heç kim gəlib soruşmur, xəstə atası, anası, körpə balaları ilə soyuğun, yağışın altındadır. Gəlib-gedən də qəribə baxır.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












