Bakıda avtomobildən təkər, Sumqayıtda yaddaş kartı oğurlayanlar tutuldu

Mayın 27-nə keçən gecə Xətai rayonu ərazisində “Hyundai” markalı avtomobilin təkərlərinin oğurlanması barədə Xətai RPİ-nin 35-ci Polis Bölməsinə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən İsmayıl Babazadə, Sərxan Yusifli və Nihad Məmmədov qısa müddətdə müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Mayın 28-nə keçən gecə Xırdalan şəhəri ərazisində “BMW” markalı avtomobildən 4 ədəd yaddaş kartının oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Sahib Ağaquliyev saxlanılıb.
Onun həmin gecə Xırdalan şəhəri ərazisində “Hyundai”, “Chevrolet”, “Volkswagen”, “Kia” markalı 4 avtomobilin şüşələrini və bir ofisin giriş qapısını sındırması müəyyən olunub.
Araşdırma aparılır.
Sumqayıtda oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 11-ci mikrorayon ərazisində yerləşən kafelərin birindən 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Azər Firuqi saxlanılıb.
4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə 1-ci mikrorayon ərazisində köşklərin birindən 1000 manat dəyərində tütün məmulatı və içki oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vaqif Piriyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












