Bakıda bağçadan çıxaraq avtomobil yolunda gəzən azyaşlı xilas edildi

Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yola təkbaşına çıxan azyaşlının həyatı xilas edilib. Avtosfer.az xəbər verir ki, “BakuBus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyevanın sözlərinə görə, marşrut üzrə hərəkətdə olan sürücümüz Allahverdiyev Asif hərəkətdə olan avtomobillərin arasında azyaşlı uşağı görərək dərhal avtobusu saxlayıb. Ətrafı diqqətlə yoxlayan sürücü uşağın tək olduğunu müəyyən edib və onun təhlükəsizliyini təmin edib. Azyaşlı uşağı avtobusa mindirib. Yaşına görə ünsiyyət qurmaq mümkün olmadığından dərhal 102 xidmətinə məlumat verilib. Qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşlarına uşaq təhvil verilib. Sonradan məlum olub ki, uşaq bağçadan çıxaraq nəzarətsiz şəkildə xeyli məsafə qət edib. Polis əməkdaşları tərəfindən uşaq ailəsinə təhvil verilib.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












