Bakıda dava düşdü: Bıçaqlananlar var - YENİLƏNİB

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub.
"Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə xidmət rəsmisi bildirib.
(oxu.az)
***
Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib.
Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.
Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












