Bakıda DƏHŞƏT: başqasının maşınına mindiyi üçün keçmiş arvadını DOĞRADI

Hadisə 18 Sentyabr 2024 00:00 Oxunub 530
Bakıda DƏHŞƏT:  başqasının maşınına mindiyi üçün keçmiş arvadını DOĞRADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il oktyabrın 26-ı saat 19 radələrində Bakının Xətai rayonunda 1987-ci il təvəllüdlü Pərvanə Məhərrəmova qətlə yetirilir. Onun keçmiş əri Tərtər rayon sakini 1982-ci il təvəllüdlü Zamiq Tanrıverdiyev könüllü 35-ci Polis Bölməsinə  gələrək, qadını öldürməsi haqda məlumat verib. 
Daxil olan məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları istintaq hərəkətlərinə başlayıblar. Məlum olub ki, hadisə İnqlab İsmaylıov küçəsi, 15 ünvanında yerləşən “SP Beauty” gözəllik salonunda baş verib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Avtosfer.az xəbər verir ki, bu barədə Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Zamiq Tanrıverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.08.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 2 il şərti cəzaya məhkum olunub. Buna baxmayaraq, o, 2023-cü il oktyabrın 26-ı saat 18:30-da keçmiş arvadı Pərvanə Məhərrəmovanın dırnaq ustası işlədiyi gözəllik salonuna gəlib. Salonda Zamiq Pərvanə Məhərrəmovanı yanına çağıraraq, yüngül həyat tərzinə son qoymasını bildirdikdə, qadın ona “get işinlə məşğul ol, öz həyatımdı, özüm bilərəm” söyləyib. Bundan hiddətlənən Zamiq Tanrıverdiyev bıçaqla Pərvanə Məhərrəmovanın bədənin müxtəlif nahiyələrinə ümumlikdə 25 dəfə zərbə endirib. Nəticədə qadın ölüb.

Hadisə baş verən salon
 
Məhkəmə baxışında Zamiq Tanrıverdiyev bildirib ki, Pərvanə Məhərrəmova ilə 2004-cü ildə ailə qurub, nikahlarından 2 övladları dünyaya gəlib. 2022-ci ildə Tərtər rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi boşanıblar:

“Nikahımız pozulandan sonra arvadım 18 və 17 yaşlı qızlarımızla birlikdə kirayə mənzildə qalırdı. Pərvanə evin yaxınlığında yerləşən gözəllik salonunda işləməyə başlamışdı. Oktyabrın 26-da evdən mətbəx bıçağını götürüb, salona yollandım. İçəri girəndə Pərvanədən başqa orda 2 xanım da vardı. Onlara doğru getməyərək, keçmiş arvadımı səslədim. Pərvanəyə “səhv yoldasan, bunu etmə” deyəndə, qadın “get işinlə məşğul ol” söylədi. Bıçaq zərbələri vurarkən, demək olar ki, qadın müqavimət göstərə bilmədi. Qışqırdı, sonra isə səsi kəsildi. Çox bıçaq vurmağımın səbəbini özüm də bilmirəm. Salondan çıxıb, birbaşa 35-ci bölməsinə getdim”.

Zamiq Tanrıverdiyev

Zamiq Tanrıverdiyev qeyd edib ki, yoldaşı ilə ayrılsa da, övladlarının həyatına biganə qala bilməyib. Pərvanənin tanımadığı avtomobilə əyləşməsini görəndən sonra, onun əxlaqsız həyat tərzi sürməsini düşünüb. Hadisədən əvvəl neçə dəfə ona xəbərdarlıq edib. Həmin gün də iş yerinə bu məqsədlə gedib, amma eşitdiyi cavabdan sonra, özünü saxlaya bilməyərək, qadını öldürüb.
 
Şahid Qənirə Süleymanzadə ifadəsində göstərib ki, oktyabrın 26-da axşam dırnaq ustasının yanına gedib:

“Salona daxil olan Zamiq Tanrıverdiyev Pərvanəyə sözü olduğunu dedi. Buna görə, qadın əlcəklərini çıxartdı və ayağa qalxaraq ona tərəf addımladı. 2-3 saniyədən sonra qadın “kömək edin” deyə, qışqırdı. Həmin şəxsin isə əvvəl ayaq üstə və sonra yerdə ona zərbələr vurduğunu gördüm. Sonra içəri bir kişi girərək, deyəsən bıçağı əlindən almaq istədi, amma Pərvanəni vuran şəxs onu kənara itələdi və qaçdı. Hadisə təxminən 2 dəqiqə ərzində baş verdi. Pərvanə xanımla 5 il əvvəl  tanış olmuşam. Pərvanə söhbət əsnasında mənə yalnız boşandığını demişdi, keçmiş yoldaşının onu izləməsi haqda heç nə danışmamışdı”.

Pərvanə Məhərrəmova
 
Şahid Ruxsarə Mərdanova ifadəsində göstərib ki, Zamiq Tanrıverdiyev çağırandan sonra, Pərvanə onunla balaca otağa keçib:

“Aralarında heç bir söhbət olmadı. Dəqiqə keçməmiş Pərvanə qışqırmağa başladı, həmiş şəxs yıxılandan sonra da iş yoldaşıma vəhşicəsinə zərbələr endirdi. Pərvanənin həyat tərzi ilə bağlı məlumatım yox idi. Boşandığını və keçmiş ərinin qayınatasını bıçaqladığını bilirdim. Zamiq Tanrıverdiyevi əvvəllər salonda heç vaxt görməmişəm”.
 
Şahid Fidan Tanırverdiyeva deyib ki, anası 3 ilidir boşanıb, onun heç bir günahı olmayıb, əxlaqsızsız həyat tərzi ilə bağlı söylənən sözlər hamısı yalandır:

“Anam hər gün axşam saat 8-9-a kimi işdə olurdu. Atam bizi ancaq çox iyrənc söyüşlərlə təhqir edirdi. Bununla bağlı sübutlarım da var. Bu planlaşdırılmış bir iş olub, bizə ancaq deyib ki, “ananızı da, sizi də öldürəcəm”. Bu hadisədən əvvəl atam  babamı bıçaqlamışdı. Ayın 26-da axşam bacım mənə zəng edib dedi ki, “deyəsən anamıza nəsə olub, get iş yerinə bax”. Salona daxil olanda, ölüm hadisəsi baş verdiyini bildim”.


 
Məhkəmə hesab edib ki, Zamiq Tanırverdiyevin əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. O, həmin maddə ilə qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Zamiq Tanrıverdiyev 18 il müddətinə azadlıqdan məhrum olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh