Bakıda “Dönər Peraşki N1” cərimələnib - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 74D ünvanında fəaliyyət göstərən “Dönər Peraşki N1” ictimai iaşə müəssisəsində monitorinq keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
Müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, istifadə olunan avadanlıqların tamlığının pozulduğu, işçilərin əllərinin, məhsulların və avadanlıqların yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə təmin olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Eyni zamanda ümumi çəkisi 6 kiloqram marinə edilmiş, soyudulmuş bütöv toyuq məhsullarına dair etiket məlumatlarının, məhsulların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığı müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, müəssisədə toyuq əti dönərinin satışı dayandırılıb.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












