Bakıda gecə klubunda soyğunçuluq edilib - VİDEO

Səbail rayonunda talama cinayəti qeydə alınıb. Bir qrup şəxs paytaxt ərazisində yerləşən ictimai iaşə obyektlərinin birində qonaq qismində olan iki nəfəri kəsici-deşici alətlə hədələyərək onların 800 manatını ələ keçirib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı Emil Həsənov və 35 yaşlı Şəhriyar Məmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar arasında hesab ödəmək üstündə yaranan mübahisə sonradan açıq talama yolu ilə pul vəsaitinin ələ keçirilməsi ilə nəticələnib. Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












